
"Barselona" Fliklə anlaşdı
"Barselona" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə ilə bağlı razılığa gəlib.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssislə 2027-ci ilin iyun ayına kimi sözləşmə imzalanacaq.
Rəsmi açıqlama mayın sonuna qədər veriləcək.
Flik 2024-cü ilin yayından "Barselona"nı çalışdırır.