UEFA-dan kiçik klublara yardım

  • Dünən, 16:32

UEFA futbolda maliyyələşmə səviyyəsində artan uçurumu azaltmağa çağırır.

Sportlife.az xəbər verir ki, qurum Çempionlar Liqası və UEFA-nın digər yarışlarının yayımından və reklamından əldə olunan gəlirin ən azı 5 faizini bu turnirlərdə iştirak etməyən, lakin karyeralarının əvvəlində turnirlərdə çıxış edən futbolçuları yetişdirmiş klublara ayırmağı təklif edib.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi gəlirinin cari ilin sonuna qədər ən azı 4,44 milyard avro təşkil edəcəyi və bu məbləğin 5 faizinin 220 milyon avro olacağı gözlənilir.

Avropa Klublar İttifaqının hesablamalarına görə, yeni təşəbbüs sayəsində 400 kiçik Avropa klubunun hər biri ən azı 440 min avro qazana bilər.


Paylaş: