Dünya Kuboku üçün heyət açıqlandı

  • Dünən, 16:08

Almaniyanın Münhen şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcək Azərbaycan atıcılarının siyahısı bəlli olub.

Sportlife.az xəbər verir ki, yarışda 9 snayperimiz hədəf önünə keçəcək.

Xanna Əliyeva, Leyli Əliyeva, Sofiya Barxalova, Vladislav Kalmıkov, Ruslan Lunyov, Hacı Musayev, Nigar Nəsirova və Zeynəb Sultanova tapançadan atəş açacaqlar. Ramiz Xəlilov isə tüfənglə dəqiqliyini yoxlayacaq.

Qeyd edək ki, yarış iyunun 8-15-də keçiriləcək.


Paylaş: