"Napoli" istəyir, amma təsdiqləmir

  • Dünən, 14:08

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını İtaliyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, yayda azad agentə çevriləcək 33 yaşlı belçikalı ilə "Napoli" klubu maraqlanır. Neapol klubunun idman direktoru Covanni Manna isə hələlik futbolçu ilə maraqlandıqlarını təsdiqləməyib.

De Bruyne mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O,2015-ci ildən "şəhərlilər"in heyətində çıxış edir.


Paylaş: