
Sabiq "Neftçi"li üçün həyəcan təbili
Ukraynanın LNZ klubunun baş məşqçisi Roman Qriqorçuk istefaya göndərilə bilər.
Sportlife.az xəbər verir ki, buna səbəb komandanın uğursuz nəticələridir.
Hazırda Premyer Liqada turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan Çerkasi təmsilçisi elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir. Nəticələrdən narazı qalan klub rəhbərliyi 60 yaşlı ukraynalı mütəxəssisi onun həmyerlisi, hazırda "Krivbass"da çalışan Yuri Vernidubla əvəzləməyi düşünür.
Qeyd edək ki, Qriqorçuk Azərbaycanda "Qəbələ" və "Neftçi"yə başçılıq edib. O, LNZ klubuna məhz "ağ-qaralar"la vidalaşdıqdan sonra təyinat alıb.