
Evdə 150-ci qol
“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.
Sportlife.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXIV turuna təsadüf edib.
“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.
Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.