"Qarabağ" maliyyə hesabatını açıqladı

  • Dünən, 17:32

"Qarabağ" 2024-cü il üçün maliyyə hesabatını açıqlayıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionunun ümumi əməliyyat gəlirləri 34 milyon 753,8 min manat təşkil edib.

Bunun 28 milyon 154,8 min manatı nümayiş hüququndan daxilolmalar, 3 milyon 560 min manatı Futbolun İnkişafı Fondundan daxilolmalar, 1 milyon 741,9 min manatı bilet satışından gəlirlər, 466,1 min manatı sponsorlardan daxilolmalar və reklam gəlirləri, 831 mini sair gəlirlər olub.

Ağdam klubunun ümumi xərcləri 35 milyon 612,5 min manata bərabər olub. Ötən il əmək haqqı və mükafat xərcləri 20 milyon 648,3 min manat olub. Qeyri-maddi aktivlərin köhnəlməsinə 2 milyon 561,2 min manat, əsas vəsaitlərin amortizasiyasına 421,6 min, agentlərə ödənilmiş məbləğlər 114,8 min manat təşkil edib.

“Qarabağ” il ərzində sair xərclərə 11 milyon 830,6 min manat xərcləyib. Klub 2024-cü ili 876,9 min manat zərərlə başa vurub.


Paylaş: