Yığmalarımızda yeni təyinat

  • Bu gün, 16:33

Karate üzrə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisində yeni məşqçi təyinatı olub.

Sportlife.az xəbər verir ki, Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə həmin yığmalarda köməkçi məşqçi vəzifələri Tural Ağalarzadəyə tapşırılıb.

Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.


Paylaş: