Andradeyə təzminat ödəniləcək
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade ilə “Partizan” klubu arasında məhkəmə prosesi başa çatıb.
Sportlife.az xəbər verir ki, kabo-verdeli futbolçu maaşını almadığı üçün Belqrad təmsilçisindən FIFA-ya şikayət etmişdi.
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Andradenin xeyrinə qərar çıxarıb. Belqrad komandası 32 yaşlı oyunçuya 1,3 milyon avro ödəməlidir.
Bu səbəbdən “Partizan” 3 transfer “pəncərəsi” ərzində heyətinə yeni futbolçu cəlb edə bilməz.
Belqrad klubu məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, qış fasiləsinə kimi Andradeyə olan borc ödəniləcək və transfer qadağası götürüləcək. Futbolçunu “Partizan”a gətirən menecer də 270 min avro pulunu almaması ilə bağlı FİFA-ya şikayət edib.
Qeyd edək ki, Patrik Andrade Serbiya təmsilçisində 2022-ci ilin yayından 2023-cü ilin yayına qədər çıxış edib və 26 oyunda 2 qol vurub.