Prezidentliyə namizəddən Messi sözü
"Barselona"da prezidentliyə namizədi Mark Siria komandanın əfsanəsi Lionel Messini geri qaytarmaq niyyətində olduğunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, "El Nacional" nəşrinə açıqlamasında bunları deyib:
"Klubumuzun ən böyük əfsanəsinin qaranlıqda gizlənərək evə qayıtmasını istəmirik. Messini "Barselona"ya qaytarmaq üçün əlimizdən gələni edəcəyik".
Lionel Messi 2021-ci ildə "Barselona"dan ayrılıb və hazırda "İnter Mayami"də oynayır.