"Sabah" - "Qarabağ": Hakimlər bilindi
Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları müəyyənləşib.
Sportlife.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. FIFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.
VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli olacaq.
Dekabrın 18-də “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.