Utananlar və utanmayanlar

  • 8 Dekabr 2025, 23:05

"Neftçi"nin məşqçisi Sənan Qurbanov "Sabah"a məğlubiyyətdən (0:2) sonra mətbuat konfransında belə bir ifadə işlədib: "Düşünürəm ki, futbolçular da nəticələrə görə utanır".

Utanmağı da bacarmaq lazımdır... Komandanı bu vəziyyətə salanlar utanırmı, görəsən? Meydanda ölmüş, "Sabah"ın qarşısında əyilmiş bir "Neftçi"dirmi əsəriniz? 

Hanı bu klubun Müşahidə Şurasının sədri və üzvləri? Samir Abasovu istefaya göndərənlər tək hesabı ondanmı sora bilirlər? Funksionerlərə növbə nə vaxt çatacaq? 

Onlar utanmırlar? Bəs, bu Müşahidə Şurası hara baxır? Göz görə-görə "Neftçi"nin əzilməsinə razılıq verəcəklərmi? 

Şəhəri "Neftçi"yə dar edən "Sabah"ın mesajı heçmi utandırmadı? Şəxsi maraqlar nə vaxt kənara qoyulacaq?

Sinəsini qabağa verib bu rəzil nəticələrə görə hesabat verən yoxdurmu bu klubda? Nə vaxta qədər ancaq futbolçular üzr istəyəcək? Bəs idarəçilər niyə gözə dəymir? Utanırsınız?

Məncə heç utanmırsınız. Utansaydınız, öz xoşunuzla çıxıb istefa verərdiniz...

Mirələm HƏSƏNLİ 


Paylaş: