"Barselona"da casus var
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik dünən komanda ilə bağlı məlumatları mətbuata ötürən şəxsi aşkar edib.
Sportlife.az xəbər verir ki, bu barədə COPE nəşrinin jurnalisti Viktor Navarro sosial media hesabında məlumat yayıb. Navarro oyunçunun adını və sızdırılan məlumatların təfərrüatlarını açıqlamayıb.
"Barselona" La Liqada 17 oyundan sonra turnir cədvəlinə başçılıq edir və əsas rəqibi "Real"dan 4 xal öndədir.
Kataloniya klubu çempionatda növbəti oyununu dekabrın 21-də "Vilyarreal"a qarşı keçirəcək.