"Qarabağ"ı təzyiqdə saxlayanlar
"Zirə" və "Sabah" son 6 turda "Qarabağ"la eyni xal qazanıblar. Hər 3 komanda 6 oyunun 4-də qələbə qazanıb, 2 oyunu isə heç-heçə ilə başa vurub.
Çempionluğa əsas namizəd "Qarabağ"dırsa, "Zirə" və "Sabah"ı bu mübarizədə aktiv görmək olar.
Xüsusilə "Zirə"ni qeyd etmək yerinə düşər. "Sabah" bu mübarizəni yüksək büdcəsi və daha keyfiyyətli oyunçuları sayəsində aparır. "Zirə"də isə büdcə istənilən səviyyədə deyil. Rəşad Sadıqov öz bacarığı sayəsində komandasında stabilliyi qoruyub saxlaya bilib.
Səid