"Mançester Siti"də ayrılıq gözlənilmir

  • Dünən, 16:50

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford bu qış klubdan ayrılmayacaq.

Sportlife.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola açıqlama verib:

"Trafford inanılmaz qapıçıdır. Təəssüf ki, Donnarumma ilk seçimdir. Qapıçı mövqeyinin çox xüsusi olduğunu bilirəm. Əlbəttə ki, Trafford bizimlədir. O, bu mövsüm bizimlə olacaq. Və sonra nə olacağını görəcəyik.

Yanvarda komandadan ayrılacaqmı? Məndə bu barədə məlumat yoxdur. O, burada qalacaq".

Trafford bu yay "Börnli"dən "Mançester Siti"yə keçib. 


Paylaş: