Nərimanın açdığı yara

  • 11 Dekabr 2025, 14:37

Nəriman Axundzadə dünən Azərbaycan futbolunun vəziyyətinə güzgü tutdu. Biz də o güzgünün göstərdiyi həqiqətlə barışmaqdansa, güzgünü sındırmağa çalışdıq.

Əlbəttə, Nəriman tənqidlərə layiq idi. Amma o, illərlə “şikəst edilən” futbol sistemimizin məhsuludur. Bu gün bütün günahı onun çiyinlərinə yükləməklə maksimum əsəblərimizi soyuda bilərik. Ölkədə futbolun inkişafına cavabdeh olan şəxslər də öz maraqlarını təmin etsinlər...

“Qarabağ”ın U-19 komandası evdə “Ayaks”lı həmyaşındalarına 0:8 hesabı ilə uduzdu. 6 oyuna 6 məğlubiyyət və buraxılan 30 top... Gənclərimiz niyə futbol oynaya bilmir?

Əsl problem uşaqlarda deyil, onlara futbolu öyrətməli olan sistemdədir. Bu gün meydanda uduzan gənclər deyil, illərdir inkişaf adıyla yerində sayanlardan ibarət işləməyən idarəçilik sistemidir.

Futbolumuzun güzgüsü çoxdan sınıb. Ancaq qırıq güzgü də həqiqətləri göstərməyə davam edir. Sadəcə baxmağa cəsarət lazımdır...

Mirələm HƏSƏNLİ 


Paylaş: