Məşhur klubda yeni baş məşqçi
İqor Kostyuk Kiyev "Dinamo"sunun yeni baş məşqçisi olub.
Sportlife.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Aleksandr Şovkovskinin istefasından sonra noyabrın sonundan bəri komandanın müvəqqəti baş məşqçisi vəzifəsini icra edirdi.
Qeyd edək ki, "Dinamo" 16 turdan sonra Ukrayna Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.