Braziiyalı futbolçu Premyer Liqaya qayıdır

  • Dünən, 15:09

"Everton" "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luisi transfer etməyə hazırlaşır.

Sportlife.az xəbər verir ki, İngiltərə komandası 27 yaşlı braziliyalı üçün təxminən 46 milyon avro ödəməli olacaq. Vaxtilə "Aston Villa" və "Mançester Siti"də oynamış Luisin Premiyer Liqa təcrübəsinin olması da transferdə mühüm rol oynayıb.

Ötən mövsüm futbolçu 27 matçda meydana çıxsa da, qol vura bilməyib. Onun "Yuventus"la 2029-cu ilin yayınadək müqaviləsi var.


Paylaş: