Braziliya klubunda yeni baş məşqçi
Fernando Dinis "Korintians"ın yeni baş məşqçisi təyin edilib.
Sportlife.az xəbər verir ki, onun müqaviləsi 2026-cı il mövsümünün sonuna qədər nəzərdə tutulub.
52 yaşlı mütəxəssis Braziliya çempionatının 10-cu turunda evdə "İnternasional"a 0:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Dorival Juniorun yerinə keçib.
"Korintians" hazırda Braziliya çempionatının turnir cədvəlində 16-cı yerdədir və düşmə zonasından iki xal yuxarıdadır. Komanda doqquz oyunluq qələbəsiz seriyaya malikdir.