Luçeskunun durumu ilə bağlı açıqlama
Mirça Luçeskunun oğlu Razvan Luçesku atasının son durumu ilə bağlı açıqlama verib.
Sportlife.az xəbər verir ki, o, hər kəsdən təcrübəli mütəxəssisə hörmətlə yanaşmağı xahiş edib:
"Bu, çətin andır və hər kəsdən hörmətlə yanaşmasını xahiş edirəm. Bütün lazımi məlumatlar tibb işçiləri tərəfindən rəsmi mənbələr vasitəsilə veriləcək".
Həkimlərin sözlərinə görə, keçmiş məşqçinin vəziyyəti sabit ağır olaraq qalır.
Luçesku aprelin 3-də infarkt keçirib və hazırda reanimzasiyadadır.