Bu kluba texniki məğlubiyyət verildi

  • Bu gün, 16:30

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk 2 oyunda qalib gələn “Embavud” və “Sərhədçi” komandaları görüşüblər. Matç sərhədçilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Buta Qolden” “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib. Bazar günü keçirilən oyunlarda “Zəfər” “Xəzər”i 7:0, “Polad” isə “Omar”ı 3;0 hesabı ilə məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.

Üç turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla turnir cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın aktivində 6 xal var.

Bombardirlərin siyahısına “Polad” klubundan Şəfayət Budaqov başçılıq edir. Onun aktivində 9, komanda yoldaşı Samir Pirimovun hesabında isə 8 qol var. “Sərhədçi”nin yetirmələrindən Vahid Məmmədov 7, İbrahim Rzalı 5 qol vurub.


Paylaş: