Autsayderə məğlubiyyət, təhqir, təhdid...

  • Bu gün, 13:28

"Sevilya" azarkeşləri İspaniya La Liqasının 30-cu turunda "Oviedo"ya 0:1 hesablı məğlubiyyətdən sonra futbolçuları təhdid və təhqir ediblər.

Sportlife.az xəbər verir ki, bir qrup azarkeş hava limanında oyunçuları gözləyərək, onları söyüşə "qonaq ediblər". Onlar həmçinin klub prezidenti Xose Mariya Del Nido Karraskoya da təhqirlər yağdırıblar, o cümlədən "Xose, öl! Özünü göstər, qorxaq!" şüarları səsləndiriblər.

Üzləri örtülü azarkeşlər oyunçulardan izahat tələb ediblər. Təhdidlər və təhqirlər klub rəhbərliyini polislə əlaqə saxlamağa məcbur edib və polis oyunçuları arenadan çıxarıb.

"Sevilya" 31 xalla La Liqada 17-ci yerdədir. "Oviyedo" 24 xalla sonuncu - 20-ci yerdədir.


Paylaş: