"Liverpul"da təcili toplantı
"Liverpul" İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti"yə 4 cavabsız qolla məğlub olduqdan sonra baş məşqçi Arne Slotun gələcəyini müzakirə etmək üçün təcili iclas keçirib.
Sportlife.az xəbər verir ki, toplantıda niderlandlı mütəxəssisin qarşısına konkret şərt qoyulub: komanda Çempionlar Liqasına vəsiqə qazanmalıdır, əks halda Slot işini itirəcək
Slot 2024-cü ildə "Liverpul"un sükanı arxasına keçib və həmin mövsümdə komandanı İngiltərə çempionu edib.