Azərbaycandan İslandiya klubuna

  • Bu gün, 12:29

Azərbaycandan ayrılandan sonra klubsuz qalan Vitor Roşanın özünə yeni komanda tapıb.

Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu İslandiyaya üz tutub.

“Karvan-Yevlax”dan ötən ilin dekabrında ayrılan yarımmüdafiəçi ada dövlətinin yüksək liqasında mübarizə aparan IBV ilə 2026-cı ilin noyabrına qədər anlaşıb.

İslandiya təmsilçisi sosial şəbəkə hesablarında Vitorun transferi barədə məlumat verərək sonuncu klubunun “Karvan-Yevlax” (Azərbaycan) olduğunu qeyd edib.

O, ölkəmizdə top qovduğu 5 ay ərzində Premyer Liqada 8, Azərbaycan kubokunda 2 oyunun iştirakçısı olmaqla heç nə ilə yadda qalmayıb.


Paylaş: