Gürcüstanda 4 idmançımız yarışacaq

  • Bu gün, 14:14

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Sportlife.az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Yarışda Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.


Paylaş: