"Bu, "Mançester Siti"yə güclü mesajdır"

  • 24 Aprel 2024, 14:04

"Arsenal"ın sabiq futbolçusu Martin Kioun "Topçular"ın Premyer Liqanın 29-cu turunda "Çelsi" üzərində qələbəsini (5:0) çox əlamətdar hesab edir.

Sportlife.az xəbər verir ki, futbolçu “Hazırda komandanın bütün oyunçuları bir yerdədir. Bu, "Mançester Sitiy"ə güclü mesajdır” deyə "BBC Sport"a bildirib.

“Arsenal” 77 xal toplayıb və Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Çelsi" 47 xalla 9-cu yerdədir.


Paylaş: