“Bu, tamamilə fərqli bir dünyadır" - Amorim
Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisi kimi ilk mətbuat konfransına çıxıb.
Sportlife.az xəbər verir ki, portuqaliya mütəxəssis bu vəzifə necə məsuliyyətli olduğunu yaxşı dərk etdiyini söyləyib:
“Bu, tamamilə fərqli bir dünyadır. Görüləsi çox iş var. Burada sadəcə məşqçi deyilsiniz. Son bir neçə ilə baxmayaraq, siz klub tarixinin ağırlığını hiss edirsiniz və onun bir hissəsi olmaq istəyirsiniz. Burada qalib gəlsəniz, İngiltərədəki digər klublardan fərqli olacaq”.
Amorim bazar günü “İpsviç” səfərində “qırmızı şeytanlar"ın baş məşqçisi kimi debüt edəcək.