
DÇ-2018: Portuqaliya ilə İspaniya eyni qrupda
Gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin püşkü atılıb. Sportlife.az xəbər verir ki, paytaxt Moskvada keçirilən mərasimdə 32 millinin mübarizə aparacağı 8 qrupun tərkibi bəlli olub.
Sizi həmin qruplarla tanış edirik:
A qrupu - Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu - Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu - Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu - Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu - Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya
F qrupu - Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu - Belçika, Panama, Tunis, İngiltərə
H qrupu - Polşa, Seneqal, Kolumbiya, Yaponiya
Qeyd edək ki, mundialın açılış matçı A qrupunda Səudiyyə Ərəbistanı ilə ev sahibi Rusiya arasında keçiriləcək. Qarşılaşmanın start fiti iyunun 14-ü, Bakı vaxtı ilə saat 19:00-da çalınacaq.