
"Neftçi" son oyunda uduzdu
Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
Sportlife.az xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" mövsümü 48 xalla 5-ci, 43 xala malik "Neftçi" isə 6-cı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i 4:1, "Qarabağ" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.