
"Sabah"dan Dominikan klubuna
“Sabah”ın basketbolçusu Kemron Blu karyerasını Dominikanın “İndios” klubunda davam etdirəcək.
Sportlife.az xəbər verir ki, bu barədə San-Fransisko-de-Makoris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Sabah"a ötən ilin əvvəlində qoşulan basketbolçu Bakı klubu ilə Azərbaycan çempionu olub.