Karyerasını "qırmızı" ilə bitirdi

  • Bu gün, 10:40

"Komo"nun qapıçısı Pepe Reyna karyerasının son matçında maraqlı hadisə ilə üzləşib.

Sportlife.az xəbər verir ki, ispaniyalı qapıçı "İnter"lə oyunda qırmızı vərəqə alıb.

42 yaşlı qolkiper İtaliya A Seriyasının 38-ci turundan əvvəl karyerasının son matçını keçirəcəyini açıqlamışdı. Amma Reyna vida oyununun 45-ci dəqiqəsində qırmızı vərəqə alaraq, qeyri-adi şəkildə karyerasını nöqtələyib.

Qeyd edək ki, Pepe karyerası ərzində "Vilyarreal", "Liverpul", "Bavariya", "Napoli", "Milan", "Aston Villa" və "Latsio" kimi klubların şərəfini qoruyub.


Paylaş: