
İspaniya toplanışı başa çatdı
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırlığın növbəti mərhələsini başa vurub.
Sportlife.az xəbər verir ki, komanda son bir həftədə İspaniyanın Benidorm şəhərində Avropa Cüdo İttifaqının (EJU) düşərgəsində məşq keçib.
Dünya çempionatına birgə hazırlıqda 20-dən çox ölkədən, o cümlədən Yaponiya, Almaniya, Fransa, Gürcüstan, İtaliyadan idmançılar iştirak edib.
Qeyd edək ki, dünya çempionatı iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək.