
Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
Kişi həndbolçular arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən matçda 20:19 hesabı ilə qələbə qazanan Mingəçevir təmsilçisi qızıl medallara sahib çıxıb.