Bölgə klubuna texniki məğlubiyyət

  • Bu gün, 14:28

Azərbaycan II Liqasında çıxış edən "Şəki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə XIII turda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.

Qeyd edək ki, "Şəki City" Azərbaycan II Liqasında 13 oyundan sonra 25 xalla 4-cü pillədə qərarlaşıb. Komanda maliyyə probleminə görə meydana çıxmayıb.


Paylaş: