"Qarabağ"ın rəqibindən yeni transfer
“Ayntraxt” heyətini gənc futbolçu ilə gücləndirir.
Sportlife.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi Keyta Kosuqi ilə anlaşıb.
"Yurqorden”in üzvü yanvarın 1-dən Frankfurt təmsilçisinə qoşulacaq. Almaniya klubu onun üçün İsveç klubuna 6,5 milyon avro ödəyəcək.
19 yaşlı sol cinah oyunçusu Yaponiya futbolunun potensiallı oyunçularından hesab olunur.