"Qarabağ" "Sabah"a uduzdu
Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"la qarşılaşıb.
Sportlife.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.
Qeyd edək ki, "Sabah" 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik "Qarabağ" 2-cidir.