Niyə məhz Berezutski?
Rusiyanın “Ural” klubunun prezidenti Qriqori İvanov yerli mütəxəssis Vasili Berezutskinin komandanın baş məşqçisi postuna təyin olunmasına münasibət bildirib.
Sportlife.az xəbər verir ki, prezident 43 yaşlı çalışdırıcıya güvəndiklərini deyib.
O, Berezutskinin “Sabah”ın baş məşqçi kimi gördüyü işlərdən təsirləndiklərini etiraf edib: “Düzdür, Berezutski məşqçilik karyerasına yeni başlayıb. Amma ciddi hədəflər qoymaq üçün indi deyilsə, bəs nə vaxt? O, təcrübəli mütəxəssislərlə, Leonid Slutski ilə birgə işlədi. “Sabah”la Azərbaycan Kubokunu qazandı, həmin turnirdə çox güclü rəqiblərlə üz-üzə gəldilər – yarımfinalda “Neftçi”, finalda“Qarabağ”. Biz Vasiliyə inanırıq, o, ən perspektivli yerli mütəxəssislərdən biridir. Gələcək ona və onun kimi məşqçilərə məxsusdur”.
Qeyd edək ki, Vasili Berezutski 2024-cü ilin noyabrından bu ilin yayına qədər “Sabah”a rəhbərlik edib.