Məşhur futbolçu məşqçiliyə başladı
Belçika milli komandasının, "Everton" və "Mançester Yunayted"in tanınmış keçmiş futbolçusu Maruan Fellaini "Şarlerua" klubunun məşqçilər heyətinə qoşulub.
Sportlife.az xəbər verir ki, veteran yarımmüdafiəçinin işi məşqçilər heyətinə kömək etmək və oyunçuların inkişafına dəstək olmaq olacaq.
Xüsusilə komandanın yarımmüdafiəçiləri onun geniş oyunçu karyerasından faydalanacaqlar. Maruan həmçinin komandada tələblərə, ciddiliyə və nəticələrə yönəlmiş düşüncə tərzi aşılamağa çalışacaq".