Qvardiola gedir, Mareska gəlir

  • Dünən, 18:05

"Çelsi"nin baş məşqçisi Enzo Mareska gələn yay "Mançester Siti"nin sükanı arxasına keçə bilər.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis "şəhərlilər"dən ayrılacağı gözlənilən Xosep Qvardiolanın yerinə əsas namizədlərdən biridir.

İddiaya görə, bu, Qvardiolanın "Mançester Siti"dəki son mövsümü olacaq. Yekun qərarın mövsümün sonuna yaxın veriləcəyi gözlənilir. Bu səbəbdən klub rəhbərliyi müxtəlif ssenarilər düşünür.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. İspan məşqçi 2016-cı ildən komandaya rəhbərlik edir.


Paylaş: