Ailəsinə görə Londona köçür

  • Dünən, 14:07

"Fluminense"nin kapitanı Tiaqo Silva Braziliya klubundan ayrılıb.

Sportlife.az xəbər verir ki, ulduz futbolçu komanda ilə müqaviləsini ləğv edib.

"Milan", PSJ və "Çelsi"nin sabiq üzvü "Fluminense"yə 2024-cü ilin mayında keçmişdi.

İddiaya, müdafiəçinin ayrılmasının əsas səbəbi ailə məsələləri olub. Silvanın uşaqları və həyat yoldaşı Londonda yaşayır. Oyunçunun hər iki oğlu "Çelsi" akademiyasında oynayır. Böyük oğlu İsaqo dekabr ayında London klubu ilə peşəkar müqavilə imzalayıb.

Tiaqonun karyerasını bitirmək planı yoxdur. O, ailəsinə yaxın olmaq üçün Londona mümkün qədər yaxın yeni klub tapmaq istəyir.


Paylaş: