"Qarabağ"a 5 milyonluq təklif

  • Dünən, 15:34

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyonun transferi üçün israrını davam etdirir.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən komanda 24 yaşlı yarımmüdafiəçi üçün ikinci dəfə Azərbaycan çempionunun qapısını döyməyə hazırlaşır.

“Botafoqo” rəhbərliyi orta sahə oyunçusunu artıq birdəfəlik transfer etməyi planlaşdırır. Çünki klubun daha əvvəl icarəyə götürməklə bağlı istəyini ağdamlılar rədd etmişdilər. “Sambaçılar” Pedronun transferinin 3 milyon avroya başa gələcəyinə ümid edirlər. Bu səbəbdən klub “Qarabağ”a bu məbləği təklif edəcək.

Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.


Paylaş: