"Finalissima"nın yeri və vaxtı
İspaniya və Argentina yığmaları arasında keçiriləcək "Finalissima"nın yeri və vaxtı açıqlanıb.
Sportlife.az xəbər verir ki, görüş gələn il martın 27-də Qətərin Doha şəhərindəki "Lusail" stadionunda təşkil olunacaq.
"Finalissima" hazırkı Avropa və Amerika çempionları arasında keçirilən matçdır. Argentina 2024-cü ildə Amerika Kubokunu qazanıb. İspaniya isə Avropa çempionatının qalibi olub.
Əvvəlki (2022-ci il) "Finalissima"da Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub edib.