Qriqorçuk Qazaxlstan klubunda
“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun Qazaxıstana dönüşü rəsmiləşmək üzrədir.
Sportlife.az xəbər verir ki, 60 yaşlı mütəxəssis daha əvvəl deyildiyi kimi, “Astana”ya qayıtmayacaq. Belə ki, o, Qazaxıstan çempionatının digər iştirakçısı “Aktobe” ilə anlaşıb.
“Astana”dan fərqli olaraq, “Aktobe” ona astronomik məbləğdə məvacib təklif edib və bu da qərarda həlledici rol oynayıb. Konkret məbləğ açıqlanmasa da, Qriqorçukun məşqçi karyerasında ən çox maaşı məhz “Aktobe”də qazanacağı vurğulanır.
Daha əvvəl o, ölkəmizdə “Qəbələ” və “Neftçi”də, eləcə də Qazaxıstan təmsilçisi “Astana”da yaxşı şərtlər altında fəaliyyət göstərib.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni, 2024-cü ildə isə “Neftçi”ni çalışdırıb. Ukraynalının son iş yeri ölkəsində LNZ olub.