"Ermənilər “Qarabağ”ın yolunu seçiblər"
Ukraynalı məşqçi Vitali Kvartsyani Kiyev “Dinamo”sunun UEFA Konfrans Liqasının son turu çərçivəsində bu gün Ermənistan klubu “Noa”ya qarşı keçirəcəyi oyun barədə fikirlərini bildirib.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, o, “Dinamo”nu matçın favoriti hesab edib.
Kvartsyani “Noa”nı Azərbaycan çempionu “Qarabağ”a bənzədib: “Noa” legionerlərdən qurulmuş komandadır. Onlar müəyyən mənada “Qarabağ”ın yolunu seçiblər. Bu yolun səhv olduğunu da deyə bilmərik. Çünki Azərbaycan komandası Çempionlar Liqasında layiqli çıxış edir. “Noa”da da çoxu cənub ölkələrindən olan texnikalı futbolçular var. Amma hazırkı “Dinamo”dan güclü olduqlarını düşünmürəm”.
Qeyd edək ki, Konfrans Liqasında son tur öncəsi “Noa” 8 xalla 17-ci, “Dinamo” isə 3 xalla 28-ci yerdə qərarlaşır.