"Barselona"dan baş məşqçi qərarı
"Barselona" rəhbərliyi baş məşqçi Hans-Diter Fliklə müqavilənin müddətini uzatmaq istəyir.
Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı mütəxəssislə danışıqlara başlayıb.
İddiaya görə, yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Flik 2024-cü ilin yayından "Barselona"ya rəhbərlik edir. Onun başçılığı altında komanda La Liqanı, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.