İlin son turu 1 oyunla başlayır
Bu gün Azərbaycan Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start veriləcək.
Sportlife.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Kəpəz" Yevlax şəhər stadionunda "Turan Tovuz"la üz-üzə gələcək. Kamal Umudlunun idarə edəcəyi görüş saat 14:00-da start götürəcək.
"Turan Tovuz" hazırda 24 xalla 5-ci yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.
Azərbaycan Premyer Liqası
II dövrə, XVI tur
19 dekabr
14:00. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu
Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.