"Bavariya"da yeni müqavilə
"Bavariya" müdafiəçisi Dayo Upamekano ilə yeni müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, sözləşmənin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqada 17 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında yeddi matça çıxıb.