Mbappe qayıtdı
İspaniyanın “Real" klubunun futbolçusu Kilian Mbappe komanda ilə məşqlərə başlayıb.
Sportlife.az “Goal” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçunun ayaq biləyindən aldığı zədə tam sağalıb.
Forvardın La Liqanın XXIV turunda "Real Sosyedad"lə oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma fevralın 14-də təşkil olunacaq.