"Sabah"da daha 2 ayrılıq
“Sabah” daha iki futbolçu ilə yollarını ayırıb.
Klubdan Sportlife.az-a verilən məlumata görə, Bakı təmsilçisi qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla vidalaşıb.
Qeyd edək ki, “Sabah” ötən gün Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevlə müqaviləyə xitam verib. Futbolçu “Zirə”yə keçib.