Poçettino "Tottenhem"ə qayıda bilər
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Tottenhem"ə qayıda bilər.
Sportlife.az xəbər verir ki, bəzi klub rəsmiləri argentinalı mütəxəssisi baş məşqçi vəzifəsinə əsas namizəd kimi görürlər.
London klubu Tomas Frankla yollarını ayırdıqdan sonra onun yerinə başqa namizəd axtarır.
Poçettino Londona qayıtmağa hazırdır. Lakin bu, yayda mümkündür.
"Tottenhem" mövsümün qalan hissəsi üçün baş məşqçi postuna namizəd kimi Yurgen Klinsmann, Harri Rednapp və ya Robbi Kin nəzərdən keçirir.